"Neftçi"nin futbolçusu üzr istəməliydi" - "Səbail"in məşqçisi

27 Noyabr 2021 21:10 Səbail 835
"Neftçi"nin futbolçusu üzr istəməliydi" - "Səbail"in məşqçisi

"Neftçi"ni təbrik edirəm. Ağır oyun olacağını bilirdik. Rəqib 3 görüşdə məğlub olmuşdu. Bizə hər qarşılaşma çətin olur. Bacardığımız qədər yaxşı hazırlaşmaq istəyirdik".

Bu fikirləri "Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 12-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis futbolçuların əllərindən gələni etdiyini bildirib: "Növbəti matça hazırlaşacağıq. Rahid Əmirquliyev bizim kapitanımızdır. Ona istirahət vermək istəyirdik. Bu səbəbdən ehtiyatdan oyuna girdi. Ruslan Hacıyevin isə ikinci yarıda meydana daxil olması taktiki gedişlə bağlı idi".

Məmməd Kamran Ağayevin görüşün sonunda tez paltardəyişmə otağına yollanmasına münasibət bildirib: "Onun epizoduna yaxın idim. "Neftçi"nin futbolçusu həmin vaxt üzr istəməli idi. Amma gülərək çıxıb getdi. İndi Kamran Ağayevin qaş nahiyəsində çat əmələ gəlib. Ağayev artıq sakitləşib"

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?