Rövnəq Abdullayev “Neftçi“nin sabiq prezidentini hansı klubun başına gətirmək istəyir?

23 Noyabr 2021 14:40 Səbail 2 197
Rövnəq Abdullayev “Neftçi“nin sabiq prezidentini hansı klubun başına gətirmək istəyir?

Xəbər verdiyimiz kimi, “Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqovun yenidən futbola dönməsi gözlənilir.

Bu, AFFA prezidenti Rövnəq Abdullayevin fikridir.

Federasiya başçısı yaxın qohumu ilə görüşərək, ona bu sahəyə dönməyi təkli edib.

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasında (AGF) növbədənkənar seçki konfransı baş tutub. Seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev prezident postunda Rövnəq Abdullayevi əvəzləyib.

Burada yeni vitse-prezidentlərin adına da aydınlıq gəlib. Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutub.

Həmçinin Elnur Məmmədli yenidən 4 il müddətinə vitse-prezident seçilib.

Bundan başqa, səsvermənin nəticəsinə əsasən, Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Daha öncə vitse-prezident kimi Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli fəaliyyət göstərib. Əvvəlki vitse-prezident Sadıq Sadıqov isə tutduğu postla vidalaşıb.

R.Abdullaev 2015-ci ildən adıçəkilən federasiyanın başında idi. O, bu postda keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yerini tutmuşdu. A.Sadıqov da bu dəyişikliyin nəticəsində vitse-prezident vəzifəsinə gətirilmişdi.

Sadıqov buna kimi «Neftçi»PFK-nın prezidenti idi. 5 ilə yaxın müddətdə paytaxt klubunu idarə edib, bir sıra uğurlara imza atıb.

Bakılılar onun rəhbərliyi altında 3 dəfə ölkə çempionu olub, iki dəfə kuboku başı üzərinə qaldırıb, eyni zamanda, Azərbaycan təmsilçiləri arasında ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

R.Abdullayev S.Sadıqova yeni «dayanacağ»ını da nişan verib - «Səbail». Bu da təsadüfi deyil, təbii ki. Bayıl klubu Abdullayevlər ailəsini təmsil edir.

«Səbail» 2016-cı ildə Rövnəq bəyin oğlu Rəşadın məşğuliyyəti üçün yaradılıb. Əvvəlcə o, daha sonra əmisioğlu Tamerlan Abdullayev «dənizçilər»in başında dayanıb.

Bu ilin yayında isə «dənizçilər» AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun tam nəzarətinə keçib.

R.Abdullayev yaxın qohumundan «Səbail»i tezliklə federasiyadan təhvil almasını istəyib. O da razıdır, sadəcə, bəzi şərtləri var.

Nədir bu şərtlər? Gözünüz və qulağınız bizdə olsun, onları da araşdırıb açıqlayacağıq…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti