Azərbaycan klubuna lazım olan hücumçu PSJ-də yaşadıqlarını anlatdı

21 Noyabr 2021 11:20 Səbail 2 209
Azərbaycan klubuna lazım olan hücumçu PSJ-də yaşadıqlarını anlatdı

"PSJ-nin akademiyasına qoşulanda 12 yaşım var idi".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Səbail"in fransalı legioneri Nikolas Rayselə məxsusdur.

PSJ-dəki karyerası barədə yerli mətbuata danışan hücumçu bəzi maraqlıı məqamlara aydınlıq gətirib:

"Həmin vaxt əsas komanda Liqa 1-də qalmaq uğrunda mübarizə aparırdı.

Daha sonra klubu qətərli iş adamı Nasser Əl-Xəlafi aldı və radikal dəyişikliklər etdi: heyət gücləndirildi, stadiona qulluq etmək üçün İngiltərədən mütəxəssislər gətirildi".

2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasının formasını geyinən forvard 2020-ci ildən Azərbaycanda çıxış edir. Ölkəmizdəki ilk klubu "Qəbələ" olan hücumçu cari mövsümün əvvəlindən "Səbail"in şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti