"Bir sıra çətinliklərimiz var" - "Səbail"dən məğlubiyyət şərhi

20 Noyabr 2021 18:10 Səbail 433
"Bir sıra çətinliklərimiz var" - "Səbail"dən məğlubiyyət şərhi

“Bu gün öz dəst-xətti ilə seçilən komandaya qarşı oynadıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə qonaq komanda 1:3 hesabı ilə məğlub olub. Baş məşqçisi Aftandil Hacıyev cəzalı olduğu üçün oyunsonrası mətbuat konfansına qatılan köməkçi-məşqçi fikrini bu sözlərlə davam etdirib:

“Oyundan-oyuna rəqibin həm sürətli, həm də dinamik oyun nümayiş etdirdiyi görsənir. Bizə gəldikdə isə, bir sıra çətinliklərimiz var.

Süni meydandan təbii meydana keçmişik, millidə olan oyunçular komandaya bir az gec qoşuldular. Bunun fonunda rəqib meydanında oynamaq çətin oldu”.

Məşqçi çərçivədə Elxan Əhmədovun yox, debütant Nail Alışovun yer almasına da aydınlıq gətirib:

“Kamran Ağayevin zədəsi var. Elxan Əhmədov da xəstələnmişdi, matça bərpa olunması çətin oldu. Nailə də güvənirdik.

Neçə vaxtdır gözləyirdik ki, ona şans verək. 21 yaşı var, Premyer Liqada oynamağa hazır futbolçudur. Sadəcə, debüt oyunu olduğundan, onun üçün çətin idi”. (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"