“Bu komanda “Qarabağ”la “Neftçi”dən sonra...” – Millinin sabiq hücumçusu

20 Noyabr 2021 10:40 Səbail 1 289
“Bu komanda “Qarabağ”la “Neftçi”dən sonra...” – Millinin sabiq hücumçusu

“Qarabağ” üzərindəki qələbədən sonra “Sumqayıt”la “Qəbələ”yə uduzmaq heç birimizə xoş deyil.

Buna baxmayaraq, toparlanıb, qarşıdakı oyunlara baxrıq”.

“Səbail”in hücumçusu Rauf Əliyev komandasının son iki oyunda uduzmasını Sportinfo.az-a şərh edib.

Sabiq milli üzvü komandada hər şeyin qaydasında olduğunu, yenilgilərin bu faktın xüsusi rolunun olduğunu bildirib:

“Hər iki oyunda aldığımız qırmızı vərəqələr vəziyyəti pisləşdirdi. Biri var, son dəqiqələrdə azlıqda qalmaq, biri də var, bir hissə azlıqda oynamaq. Bunun acısını çəkdik.

İndi oturub peşmançılıq hissi ilə yaşamaqla heç nə düzəlməyəcək. Səhvlərimizdən nəticə çıxarmalıyıq ki, növbəti matçlarda xal ehtiyatımızı artıraq”.

Raufla söhbətdə noyabrın 20-də qarşılaşacaqları “Zirə” ilə oyun barədə danışmaya bilməzdik. Hər halda, Rəşad Sadıqovun çalışdırdığı qəsəbə təmsilçisi cari mövsümdə inamlı təsir bağışlayır.

32 yaşlı forvardın rəqibin gücünü qabartsa da, hədəfin qələbə olduğunu gizlətmədi: “Zirə”nin gücünə şübhə etməyə dəyməz. Rəqib xüsusən “ev”də inamlı təsir bağışlayır.

Fikrimcə, “Neftçi”ylə “Qarabağ”dan sonra ən yaxşı qapanan, müdafiə olunmağı bacaran komandadır. Statistikaya baxsaq, yalnız “Qarabağ”dan çox top buraxıblar. Heyətdə yaxşı futbolçuları var.

Bütün bunları nəzərə alsaq da, öz gücümüzə inanırıq. Səfərdən xal və ya xallarla qayıtmağı hədəfləmişik”.

“Zirə” – “Səbail” qarşılaşması noyabrın 20-də, saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti