Premyer Liqa “dikbaş“ legionerlərinə “qulaqburması“ verdi - VİDEO

17 Noyabr 2021 09:40 Səbail 1 127
Premyer Liqa “dikbaş“ legionerlərinə “qulaqburması“ verdi - VİDEO

“Səbail”ın baş məşqçisi Atandil Hacıyev 2 legjonerin cərimələnməsi barədə klub rəhbərliyinə raport təqdim edib.

Bunlar Nikolas Raysel və Yurgen Qoxadır.

Onların qəzəbə tuş gəlməsinin səbəbi Premyer Liqanın ötən 2 turunda idmançıya yaraşmayan hərəkətlərə yol verərək, komandanı pis vəziyyətdə qoymasıdır.

AFFA-nın İntizam Komitəsi Rayseli 4 turluq cəzalandırıb. Bu, fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması ilə əlaqədardır.

63-cü dəqiqədə "Sumqayıt" hücumda olduğu vaxt 28 yaşlı forvard Höccət Haqverdiyə yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib.

Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.

Albaniyalı müdafiəçi də Premyer Liqanın 10-cu turunun “Səbail” – “Qəbələ” matçında (0:2) meydandan qovulub. Qoxa sabiq komandasına qarşı oyunun

56-cı dəqiqəsində öncə rəqibə qarşı kobudluğa, daha sonra hakimin qərarına sərt etiraza görə Rəvan Həmzəzadə tərəfindən “qırmızı”ya layiq görülmüşdü.

İndi onlar AFFA-nın kəsdiyi cəriməni öz ciblərindən ödəməli olacaq. Məbləğ hər iki legionerin hissə-hissə maaşından tutulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti