Legionerlər onları aldadan Premyer Liqa klubunu məhkəməyə verdi

16 Noyabr 2021 09:40 Səbail 1 208
Legionerlər onları aldadan Premyer Liqa klubunu məhkəməyə verdi

«Səbail»in bir qrup keçmiş legioneri FİFA-ya müraciət edib.

Onlar Azərbaycan klubundan şikayətçi salan müqavilə öhdəliklərinin yerinə yetirilməməsidir.

Belə ki, «dənizçilər» sabiq əcnəbi futbolçularına olan maaş borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınıb.

Söhbət 2019-2021-ci illərdə bu komandanın formasını geyinmiş legionerlərdən gedir.

Bayıl təmsilçisini məhkəməyə verən oyunçular 2-3 aylıq məvaciblərini almaqda israrlıdır və artıq heç bir güzəştə getmək niyyətində deyillər.

Çünki «Səbail» rəhbərliyi dəfələrlə onlara borcları bağlayacaqlarını vəd etsə də, sözünün üstündə dayanmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti