"Qarabağ" üzərində qələbə qazandıq, amma..."

15 Noyabr 2021 23:40 Səbail 712
"Qarabağ" üzərində qələbə qazandıq, amma..."

"Şükür, hər şey qaydasındadır. Müsbət əhval-ruhiyyədə "Zirə" ilə oyuna hazırlaşırıq. Bütün fikirlərimiz qarşıdakı oyuna köklənib. İnşallah, hədəfimiz qələbə qazanmaqdır".

Bunu Sportinfo.az-a açıqlamasında bu həftə "Zirə" ilə qarşılaşacaq "Səbail"in yarımmüdafiəçisi Ruslan Hacıyev deyib.

Bayıl təmsilçisi "Qarabağ" üzərindəki gözlənilməz qələbədən sonra hələ də özünə gələ bilmir. Öncə "Sumqayıt"a uduzan komanda, ötən tur da doğma meydanda "Qəbələ"dən məğlubiyyət aldı.

Hacıyev yaşadıqları uğursuzluğun "Qarabağ" üzərindəki qələbədən sonra futbolçularda arxayınlıq yaranması yox, bəxtsizliklə əlaqəli olduğunu bildirib: "Düzdü, "Qarabağ" üzərində qələbə qazandıq. Amma bu bizi arxayınlaşdırmadı. Hər oyunun bizim üçün vacib olduğu bilirik. Sadəcə son iki oyunda şanssızlıq yaşadıq. Artıq həmin oyunları unutmuşuq və gələcək oyunlara hazırlaşırıq".

Digər Xəbərlər
Xəbər Lenti