“Bir nəfərə görə bütün komanda əziyyət çəkir” – Legionerlərə MESAJ göndərdi

13 Noyabr 2021 20:20 Səbail 847
“Bir nəfərə görə bütün komanda əziyyət çəkir” – Legionerlərə MESAJ göndərdi

“Əlbəttə, xoşagəlməz haldır. Legionerlər oynadıqları ölkədə yerli futbolçulara örnək olmalıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Adil Nağıyev deyib.

O, hakim səhvlərindən söz açsa da, bir başqa məqama toxunmamaq olmur - Premyer Liqanın son 2 turunda “Səbail”in legionerlərinin intizamsızlıq səbəbindən meydandan qovulması.

26 yaşlı futbolçu bu faktın komandaya ziyan vurduğunu gizlətmir: “Onların faydası daha çox olmalıdır. Dərk etməlidirlər ki, belə şey eləmək olmaz.

Bir nəfərə görə bütün komanda əziyyət çəkir. Bir hərəkətlə uşaqların əziyyəti yerə vurulur. Futboldur, bir anda özümüzdən çıxa bilirik.

Bəzən əsəblərə hakim olmaq çətinləşir. Hər nə qədər əsəbiləşsən də, özünü toparlamağı bacarmalısan.

Boş yerə qırmızı vərəqə alıb, komandanı pis vəziyyətdə qoymaq adama pis təsir edir.

Ona görə də Yurgen Qoxanın o hərəkətinə qəzəbləndim. “Qəbələ”ylə oyunda “qırmızı” almasaydı, məğlub olmayacaqdıq. Bəlkə də qalib gələcəkdik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!