“Qarabağ”ı udandan sonra hamı həvəslənmişdi"

10 Noyabr 2021 19:40 Səbail 1 196
“Qarabağ”ı udandan sonra hamı həvəslənmişdi"

“Sumqayıt” və “Qəbələ” ilə matçlarda pis oynamadıq.

Əslində, meydanı məğlubiyyətsiz tərk etməliydik. Təəssüf ki, hakimlərin yanlış qərarlarına görə sonda üzülməli olduq”.

“Səbail”in müdafiəçisi Adil Nağıyev Sportinfo.az-a açıqlamasında komandasının son 2 oyundakı məğlubiyyətini şərh edib.

“Dənizçilər” 8-ci turda “Qarabağ” üzərində qələbə qazanmaqla cari mövsümün sürpriz nəticəsinə imza atıb, futbol ictimaiyyətini təəccübləndirdi.

Həmin qələbədən sonra Bayıl təmsilçisinin növbəti qarşılaşmalarda xal ehtiyatını artıracağını düşünürdük. Lakin hansısa səbəbdən əksi yaşandı.

Adil “Qarabağ” üzərindəki qalibiyyətin komandada arxayınlıq yaratmadığını bildirdi:

“Sumqayıt”la oyunda təmiz penaltimiz verilmədi, “Qəbələ”ylə matçda qaydalar çərçivəsində vurduğumuz qol qeydə alınmadı.

Hakimlərin bu qərarları olmasaydı, nəticələr və turnir cədvəlindəki vəziyyətimiz başqa cür olardı.

Hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, “Qarabağ”ı udandan sonra hamı həvəslənmişdi, istək çoxalmışdı. Rəqiblər də “dişimizə” görəydi. Təəssüf ki, hakimlərin qərarını dəyişmək mümkün deyil”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"