Premyer Liqa klubunun baş məşqçisi öz legionerlərindən KƏSKİN NARAZIDIR

9 Noyabr 2021 14:40 Səbail 1 373
Premyer Liqa klubunun baş məşqçisi öz legionerlərindən KƏSKİN NARAZIDIR

“Səbail“ Premyer Liqanın son 2 turunda meydanı məğlub tərk edib. Və hər iki halda oyunu 10 nəfərlə bitirib.

Bir həftə əvvəl “Sumqayıt”la qarşılaşmada (0:2) Nikolas Raysel, bu dəfə ”Qəbələ”yə qarşı matçda Yurgen Qoxa komandanı pis vəziyyətdə qoyub.

Mənfi hal budur ki, hər iki əcnəbi idmançıya yaraşmayan hərəkətlərə görə qırmızı vərəqə alıb.

Fransalı hücumçu rəqibə başla zərbə vurmasına, albaniyalı müdafiəçi isə hşakimə kəskin etiraza görə vaxtından əvvəl yaşıl sahədən uzaqlaşdırılıb.

Baş məşqçi Aftandil Hacıyev legionerlərin işinə yanaşmasından kəskin narazıdır. O, Sportinfo.az-a açıqlamasında bununla bağlı ciddi tədbir görəcəyini bildirib:

"Yığmaların oyunları ilə bağlı çempionatda yaranmış fasilədə bu barədə ciddi söhbətimiz olacaq.

Məğlub olmaq, hakim səhvləri və ya digər amillər – bunların heç biri nizam-intizama təsir etməli deyil. Yaranacaq fasilənin işimizə yarayacağını düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti