Azərbaycanda çıxış edən futbolçu vətəndaşlığını dəyişdi, milliyə çağırıldı

8 Noyabr 2021 19:40 Səbail 1 035
Azərbaycanda çıxış edən futbolçu vətəndaşlığını dəyişdi, milliyə çağırıldı

“Səbail”in legioneri Camal Araqo vətəndaşlığını dəyişib.

Sportinfo.az-ın Liberiya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi bu ölkənin vətəndaşlığını qəbul edib.

Əslən Liberiyadan olan Araqo artıq bu ölkənin millisinə də çağırılıb. Baş məşqçi Piter Batler qarşıdakı oyunlar üçün açıqladığı 22 nəfərlik heyətə onu da cəlb edib.

Vaxtilə Qananın U-20 yığmasında 2 yoldaşlıq görüşündə iştirak edən Araqo Liberiya millisini seçməklə nənəsinin arzusunu həyata keçirib.

Liberiya DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Nigeriya, 15-də isə CAR-la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti