"Vəziyyətin belə olmasında futbolçuların günahı az deyil" - CİDDİ SÖHBƏT EDƏCƏK

8 Noyabr 2021 17:40 Səbail 638
"Vəziyyətin belə olmasında futbolçuların günahı az deyil" - CİDDİ SÖHBƏT EDƏCƏK

“Hər şeydən əvvəl “Qəbələ”ni təbrik etmək istəyirəm.

Say azlığımızdan istifadə edib, 2 top vurmağı bacardılar.

İlk hissəni istədiyimiz kimi oynadıq və lazım olan qolu vurduq”.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev komandasının “Qəbələ”yə 0:2 ehsablı yenilgisini Sportinfo.az-a şərh edərkən deyib.

Cəza səbəbindən texniki zonada yer almayan və mətbuat konfransında iştirak etməyən 40 yaşlı mütəxəssis yenilgidə Yurgen Qoxanın ikinci hissənin gedişində qırmızı vərəqə almasının rolunun olduğunu vurğulayıb:

“Təəssüf ki, bu dəfə də hakimlərin diqqətsizliyi üzündən qaydalar çərçivəsində vurduğumuz qol hesaba alınmadı.

Təmiz qolumuz yanlış ofsayd qərarı ilə hesaba alınmasa da, istədiyimiz oyunu sərgiləməkdə davam edirdik. Fasilədə verdiyimiz tapşırıqlar da işə yarayırdı.

Təəssüf ki, ardıcıl ikinci matçda meydanda azlıqda qaldıq. Vəziyyətin belə olmasında futbolçuların günahı az deyil”.

Hacıyev 9-cu turun “Sumqayıt” – “Səbail” qarşılaşmasından sonra (2:0) hakimləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzaya məruz qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti