Azərbaycan klubunda 1 legioner də qalmadı

15 İyul 2021 19:20 Səbail 2 353
Azərbaycan klubunda 1 legioner də qalmadı

"Səbail" bütün əcnəbi futbolçuları ilə vidalaşıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" son olaraq Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçi Hendrik Ekşteynlə əməkdaşlığa son qoyub.

30 yaşlı legionerin başa çatan müqaviləsi yenilənməyib.

Bayıl təmsilçisi ondan öncə qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.Qvatemalalı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb.

2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən Hagen 27 oyunda meydana çıxıb. O, bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!