"Sabah"da yaşadıqlarımın dəqiq səbəbini demək çətindir"

9 İyul 2021 14:00 Səbail 1 170
"Sabah"da yaşadıqlarımın dəqiq səbəbini demək çətindir"

"Aftandil müəllim yaxşı bir məşqçidir. Bundan başqa "Səbail"də millidə birlikdə oynadığım futbolçular da var. Onları yaxşı tanıyıram".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yeni transferi Məhəmməd Mirzəbəyov deyib.

Müdafiəçi "Səbail"dəki maliyyə problemləri haqqında qısa danışıb: "İşimiz məşq etmək, oynamaq və inanmaqdır. Bundan sonra nələr olacağını görəcəyik".

Mirzəbəyov "Sabah"da uğursuz karyera yaşamasından da söz açıb: "Bu futboldur. "Sabah"da da yaxşı anlarım var idi. Ona görə də başverənlərin dəqiq səbəbini demək çətindir".

Millimizin sabiq üzvü əvvəlki formasını bərpa etməyə çalışacağını bildirib:

"İnşallah, nəyə qadir olduğumu göstərmək üçün hər şeyi etməyə çalışacağam. Bunu başqalarına sübut etmək yox, ilk növbədə özümə və əvvəlki səviyyəmə qayıdacağam".

30 yaşlı müdafiəçi 18 oyunda Azərbaycan millisinin formasını geyinib. O, son mövsüm "Sabah"ın heyətində 10 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!