Bu hücumçu Premyer Liqa klubunu tərk etdi

14 İyun 2021 18:00 Səbail 1 417
Bu hücumçu Premyer Liqa klubunu tərk etdi

"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm Premyer Liqada sonuncu yeri tutan paytaxt təmsilçisi Amil Yunanovla vidalaşıb.

Müqavilə müddəti başa çatan hücumçu ilə anlaşmanın uzadılmaması qərara alınıb. O, son mövsümdə 20 oyuna 8 qol vurub.

“Səbail” bunadək Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Florian Kadriu, Milovan Petrovik və Luka İmnadze ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti