Rauf: “Kimsə bunu MY-nin futbolçularına desə, etiraz etmərəm”

31 İyul 2020 18:48 Şahmat 916
Rauf: “Kimsə bunu MY-nin futbolçularına desə, etiraz etmərəm”

Rauf Məmmədov pandemiya dönəmində ən çox gündəmə gələn şahmatçılardan biri, bəlkə də birincisidir.

Sportinfo.az xəbər verir ki, milli üzvü bu dəfə rusiyalı həmkarı Aleksandr Morozeviçin suallarını onlayn formatda cavablayıb.

- Nə vaxtdan internet üzərindən oynayırsız?
- 12 yaşımdan, daha dəqiqi, 2000-ci ildən. Bu müddətdə kifayət qədər oyun keçirmişəm.

- Partiyaların sayını hesablayırsız?
- Yəqin ki, tezliklə milyona yaxınlaşacaq. Yalnız bu ilin yanvarından bəri onlayn formatda blits və rapid üzrə 7 min oyun keçirmişəm. Xatırlayıram, bir müddət internet üzərindən təşkil olunan oyunlardan uzaq durdum. Və ora yenidən 2017-ci ildə qayıtdım, ProChess Liqada iştirak üçün.

- Yeri gəlmişkən, biz onlayn formatda yetərincə oyun keçirmişik. Ümumi hesab necədi?
- Bu yaxınlarda “45+15” formatında çıxış etdim. Vaxt tapıb Aleksandr Qrişuk, Qata Kamski və başqa şahmatçılarla duellərin statiskasını “qaldırdım”. Sizinlə görüşlərin balansı xeyrimə deyil: hardasa cəmi 25-30 qələbəm var. Amma indi internet üzərindən blits partiyalar tam fərqlidi. Çoxlarını 14 yaşlı uşaqların oyunu təəccübləndirir. Hərçənd vaxtilə mən də belə çıxış edirdim. Ona görə də bunda qeyri-adi heç nə görmürəm.

- Onlayn partiyalarla bağlı məzəli tarixçələr varmı?
- Xatırlayıram, 2002-ci ildə futbol üzrə Çempionlar Liqasının oyununa baxmağa hazırlaşırdım. Bu vaxt Qata Kamski set üzərindən məni oynamağa dəvət etdi. Mən, sadəcə, ona “yox” deyə bilmədim. Nəticədə 23.00-dan gecə saat 3-ə qədər oynadıq. Onunla fasilə vermədən 50 partiya keçirmək mümkün idi.

- Siz vaxtilə mu_is_back adı altında oynayırdız. Bu nə deməkdi?
- Bunun öz tarixçəsi var. İnternetdə oynamağa başlayarkən baş məşqçimin adını seçmişdim - МU. Yeri gəlmişkən, mən bu klubun azarkeşiyəm. Həmin vaxt heç bir uğurum yox idi, ona görə də bu ad altında oynamalı olurdum. Amma saytın adminləri bunu üzə çıxardılar və həmin adı “zərərsizləşdirdilər”. Hətta yenisini yaratmağın da köməyi olmadı. Bu üzdən mu_is_back adı altında oynamağa başladım. Fikrimcə, bunu hətta əmtəə nişanı kimi qeydiyyata aldıra bilərəm. 2002-ci ildən məndədi.

- “Mançester Yunayted”in uşaqlarının bundan xəbəri var?
- Yəqin ki, yox. Amma kimsə bunu onlara desə, etiraz etmərəm (gülür).

Yeri gəlmişkən...
Rauf Məmmədov onlayn formatda növbəti qələbəsini qazanıb. Qrossmeyster Daniel Naroditskini üstələyib. 25 yaşlı ABŞ şahmatçısı iyulun 5-də “Naroditski dünyaya qarşı” adlı seriyaya start verib. Özünü sürətli şahmatda qarşısıalınmaz sayan qrossmeyster klassik şahmatda dünya çempionu Maqnus Karlsen də daxil olmaqla, planetin ən yaxşılarını məğlub edib. Seriyada 13:1 hesabı ilə öndə olan Naroditskinin 15-ci rəqibi Rauf olub. Onlayn sürətli şahmatda ardıcıl uğurlu turnirlər keçirən həmyerlimiz Danielə də yerini göstərib. Məmmədov rəqibini 36:25 hesabı ilə üstələyib. 1995-ci ildə ABŞ-ın San-Mateo şəhərində anadan olan Daniel Naroditskinin valideynləri Bakıdan Şimali Amerikaya köçüb. O qədər də yüksək FIDE reytinqi olmayan şahmatçı əsasən nəzəriyyəçi kimi tanınır. O, bir neçə kitab və məqalələrin müəllifidi.

Xəbər Lenti