"Ailəm var... Oturdum, fikirləşdim və futbolla vidalaşdım"

8 May 2020 20:20 Sabah 813
"Ailəm var... Oturdum, fikirləşdim və futbolla vidalaşdım"

"Sabah"da futbolçu karyerasını başa vuran Ukrayna millisinin sabiq üzvü Marko Deviç qərarına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu artıq başqa məsələlər haqda düşünməyə başladığını deyib:

"Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə müqavilə karyeramı bitirmək qərarı verməyimə təsir etdi. Bu qədər uzaqlıqda yarım saatdan sonra məşqim başlayacağı üçün saat 15.00-da stadionda olmağa özümü həvəsləndirə bilmirəm.

Başqa ölkədə maksimum səviyyədə necə oynamalıyam? Digər tərəfdən, bir peşəkar kimi gündən-günə fürsətlərin yüz faizini təmin etməyi öhdəmə götürmüşəm. Ailəm var... Oturdum, fikirləşdim və sadəcə, futbolla vidalaşdım. Futbolçu kimi.

Etiraf edirəm ki, əvvəlcədən ölkə xaricində 16 ildən çox çıxış edəcəyimi gözləmişəm. Əlbəttə, xoşbəxtəm və bununla qürur duyuram. Bunlar mənim üçün böyük şeylərdi.

Futbol menecerliyi sahəsində ola bilərəm, başqa imkanlara da baxacam. Şahmat oynamağı da sevirəm. Amma alətlərlə yox, daha çox topla oynamağı bacarıram. Əvvəlcə menecer, sonra məşqçi olacam.

A kateqoriyalı məşqçi lisenziyam var və yüksək məşqçilik kursunda iştirak etməyi planlaşdırıram. Bizim kimi gənc futbolçulara da bir yer tapılacaq. Səyahət futbol agentinin həyatında qaçılmazdı. Bu, məşqçi işindən daha az stresslidi".

Deviç daha əvvəl 2018/19 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiya "Voydovats"ına keçən forvard cari mövsümün qış fasiləsində yenidən Bakı klubuna transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!