COP29

Azərbaycan klubu icarəyə götürdüyü məkanda ilk işi gördü

24 Noyabr 2023 17:20 Sabah 2 103
Azərbaycan klubu icarəyə götürdüyü məkanda ilk işi gördü

“Sabah” tərəfindən uzunmüddətli icarəyə götürülən “AZAL Arena”da yenidənqurma prosesinə start verilib.

İllərdir istifadə olunmayan stadionda işlərə qazondan başlanıb.

Süni meydança artıq sökülüb. Planda bir dəyişiklik baş verməsə, buranın ot örtüyü təbii olacaq.

Şüvəlanda yerləşən futbol qurğusu 2011-ci ildə istifadəyə verilib.

Azarkeş tutumu 3500 nəfər olan stadiondan 2016-ci ilədək AZAL PFK istifadə edib. Növbəti 2 mövsümdə isə “Şüvəlan” arenadan yararlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!