Azərbaycandakı legioner ölkəsinə gedə bilmir

16 Mart 2020 12:30 Sabah 697
Azərbaycandakı legioner ölkəsinə gedə bilmir

Moldova millisinin martda keçirməli olduğu yoxlama oyunlarının baş tutması sual altına düşüb.

Sportinfo.az xəbər verir ki, buna Moldova hökumətinin qərarı səbəb olub.

Ayın 17-dən etibarən Moldova sərhədlərini bağlayaraq, aviareysləri dayandıracaq. Koronavirus pandemiyası təhlükəsi üzündən atılan bu addım yığmanın planlarına təsir edir.

Moldova millisi martın 26-da Andorra, 5 gün sonra Rusiya ilə qarşılaşmalıdır. Hələ evdəki matçların təxirə düşməsi barədə qərar verilməsə də, Kişinyovdakı görüşə bilet satışı dayandırılıb.

Bu, “Sabah”dan Moldova yığmasına çağırılan Yevgeni Koçuka da təsirsiz ötüşməyəcək. Hazırda ölkəmizdə olan legionerin millinin düşərgəsinə yollanması mümkünsüzə çevrilib.

Çünki yarımmüdafiəçi sərhədlər bağlanana qədər vətəninə yollansa belə, yoxlama görüşünün baş tutması və onun sonradan geri dönüşü ilə qeyri-müəyyənlik hökm sürür. Odur ki, onun bu müddətdə Bakıda qalması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti