Albaniyada azərbaycanlı futbolçunu gözləyirlər

20 Yanvar 2020 19:00 Sabah 2 342
Albaniyada azərbaycanlı futbolçunu gözləyirlər

"Sabah"ın yarımmüdafiəçisi Eltun Turabovun icarə əsasında çıxış etdiyi "Biliş"dəki gələcəyi sual altındadır.

Sportinfo.az xəbər verir ki, Superliqa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini yaya qədər saxlamaq istəsə də, Albaniya mətbuatı hər şeyin həmyerlimizin özündən asılı olduğunu yazıb:

"Biliş" Turabovdan cavab gözləyir. Eltun ötən yay "Sabah"dan icarəyə götürülüb. Azərbaycanlı futbolçu mövsümə yaxşı başlasa da, ardıcıl iki dəfə zədələnməsi onu oyunların əksəriyyətindən kənarda qoydu. "Biliş" onun qayıdışını gözləyir. "Sabah" isə hələ ki, futbolçusunu geri çağırmır. İndi, deyəsən, hər şey Turabovun öz əlindədir".

"Biliş" mövsümün ilk hissəsini 30 xalla 2-ci pillədə başa vurub. Komandanı lider "Kukesi"dən cəmi 1 xal ayırır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada