Xorvatiyalı Azərbaycan fəaliyyətinə uğursuz başladı

3 Dekabr 2019 11:31 Sabah 692
Xorvatiyalı Azərbaycan fəaliyyətinə uğursuz başladı

Zelko Sopiçin baş məşqçi kimi Premyer Liqanın 13-cü turda keçirilən "Sabah" - "Qarabağ" (0:1) debüt oyunu uğursuz alınıb.

Sportinfo.az xəbər verir ki, Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdu – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdi.

Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidi. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!