
«Şamaxı»nın mövsümlərarası fasilədə «Sabah»dan icarəyə götürdüyü Kamran Quliyev «Neftçi»nin maraq dairəsinə düşüb.
Bakılıların baş məşqçisi Lorentsiu Regekampf gənc hücumçunun çıxışını bəyənib və barəsində müsbət fikirlər söyləyib.
Rumıniyalı mütəxəssis funksionerlərlə etdiyi söhbətdə Quliyevi sərəncamında görmək istədiyini bildirib.
Şərqi avropalı çalışdırıcı müqavilə ilə «Sabah»a məxsus forvardın transferinin reallaşacağı təqdirdə, üçüncü zonada rəqabətin daha da güclənəcəyini deyib.
SPORTİNFO.AZ