"Sabah"ı İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəyi Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda 300-ə yaxın azarkeş dəstəkləyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
"Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək.
