12 səfər oyununda 2 qələbə qazanan finlərə... “Sabah” ŞOU göstərməlidir!

18:00 Sabah 166
12 səfər oyununda 2 qələbə qazanan finlərə... “Sabah” ŞOU göstərməlidir!

“Sabah” Çempionlar Liqasında 3-cü mərhələyə yüksəlmək üçün KuPS səddini keçməlidir.

Azərbaycan və Finlansiya çempionlarının ilk dueli Bakıda baş tutacaq.

Sözsüz, ilk oyunda qeydə alınacaq nəticə cavab qarşılaşması öncəsi komandalardan birinə ciddi üstünlük yaradacaq.

“Tələbələr” ev sahibi amilindən maksimum istifadə etməli, azı 2 top fərqi ilə qalib gəlməlidir ki, bir həftədən sonra rəqib meydanında rahat nəfəs alsın.

KuPS özgə meydanında necə təsir bağışalyır? Avrokuboklarda əsasən ev komandası kimi tanınır, yoxsa səfər?

“Sabah”la müqayisədə KuPS-un avrokubok təcrübəsi kifayət qədər zəngindir. 1959-cu ildən beynəlxalq arenalarda mübarizə aparan skandinavlar bu müddətdə 79 görüş keçirib ki, bunlardan 35-i səfər meydanlarında təsadüf edib.

Vəziyyət belədir – 35 oyun, 6 qələbə, 10 heç-heçə, 19 məğlubiyyət.

Uzaq keçmişi kənara qoyub, yaxına boylanmalı olsaq, son ilin statistikası da ürəkaçan deyil.

KuPS 2023-ün yayından bu yana 12 səfər qarşılaşmasına çıxıb. Bunlardan cəmi 2-də qalib gəlməklə Riqada RFS-i 2:1, Skopyedə “Vardar”ı 2:0 hesabı ilə məğlub edib. Cəmi 4 halda heç-heçə edib, 6 matçda üzülən tərəf olub.

Daha bir maraqlı fakt KuPS yad meydanında məhsuldarlıq göstərə bilməməsidir. Təsəvvür edin, səfərdə uduzduğu son 6 görüşün 5-də qol vura bilməyib. Heç-heçə başa çatan 4 oyundan 3-də komandalardan heç biri fərqlənməyib – 0:0.

Son 12 səfər oyununda vurduğu top sayı 7, öz qapısından buraxdığı 15-dir.

Qol vurmaq işini yaxşı bacaran “Sabah” bu fürsətdən mütləq istifadə etməlidir. Cütün taleyini uzaq və soyuq Finlandiyaya daşımamaq üçün Masazırdakı stadiona toplaşan azarkeşlərə qol şousu göstərmək yerinə düşər.

İyulun 21-də “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti