İlkin Fikrətoğlu - Görəsən, “Sabah” bizə nə vəd edir?

17:40 Sabah 175
İlkin Fikrətoğlu - Görəsən, “Sabah” bizə nə vəd edir?

Avrokuboklarda ilkin mərhələ arxada qaldı.

Azərbaycan 32 ildir iştirak etdiyi qitə turnirlərinə indiyədək görmədiyimiz dərəcədə uğurla start verdi.

Üç klubumuzun üçü də həm ilk, həm də cavab oyunlarında qalib gələrək, altı qarşılaşmada 6 qələbəni reallaşdırdı.

Bu, avrokubokların ilkin mərhələsində təmsil olunan bütün Avropa ölkələri arasında rekord nəticədir. Nəhayət, Azərbaycan futbolunun da adı Avropa turnirlərində hansısa rekordda, müsbət mənada çəkildi.

Bu altı matçda komandalarımız rəqib qapılarına ümumilikdə 16 qol vurdu. Qol buraxan yeganə klub “Sabah” oldu.

“Sabah”ın Uels çempionu TNS-i üstələyəcəyi şübhə doğurmurdu. Britaniya futboluna yaraşan ifadə olmasa da, TNS yarımpeşəkar səviyyəli komanda təsiri bağışladı.

“Sabah” onları çox güc sərf etmədən hər iki görüşdə məğlub etdi. Cavab matçının əvvəlində komandamız rəqibə bir qədər rahat oynamaq imkanı verdi, uelslilər də bundan istifadə edib, müdafiəmizi az da olsa, narahat etdi.

Amma 20-ci dəqiqədən sonra “Sabah” irəlidə təzyiqi artıran kimi TNS geri oturmalı oldu.

2:0-dan sonra gələn arxayınlıq TNS-in bir qol vurmasında müəyyən rol oynadı. Beləliklə. “Sabah” Çempionlar Liqasında siftəsini iki qələbəylə “yudu”.

Amma TNS-lə oyunlar hansısa ölçü göstəricisi ola bilməz. Əksinə, belə rəqiblə oyunlarda ümumilikdə 4 sarı, 1 qırmızı vərəqənin alınması baş məşqçi Valdas Dambrauskası narahat etməlidir.

Yersiz vərəqə almaqdan çəkinmək lazımdır. TNS-i hətta 10 nəfərlə də udmaq olar.

Qarşıdakı rəqiblıər isə belə asan olmayacaq. İlk ciddi sınaq Finlandiya çempionu ilə olacaq. “KuPS”, əlbəttə, TNS səviyyəsində deyil, amma təhlükəli rəqib də sayılmamalıdır.

“Sabah” minimum Konfrans Liqasının əsas mərhələsində yerini təmin etmək üçün Finlandiya səddini keçməlidir.

Komandamızın potensialı buna imkan verir.

İlkin mərhələdə Şimali Makedoniya təmsilçisi “Vardar”ı səfərdə 0:2 udub, evdə eyni hesabla uduzan “KuPS” yalnlz əlavə vaxtda vurduğu qollarla 2:3 hesabıyla uduzsa belə, növbəti raunda çıxdı.

“Sabah”ın Mikelsi, Maludası, Puxaç və Simiçi finlərlə oyunda sözünü deməlidir.

İlkin Fikrətoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti