“Özümüzü qələbəyə ac hesab edirik - Burada çox qalmağa vaxtımız yoxdur”

14:20 Sabah 325
“Özümüzü qələbəyə ac hesab edirik - Burada çox qalmağa vaxtımız yoxdur”

"Sabah" güclü komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "KuPS"un (Finlandiya) qapıçısı Yohannes Kreydl "Sabah"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan əvvəl deyib.

Qolkiper sabahkı matçda əlverişli nəticə qazanmaq istədiklərini bildirib:

"Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Özümüzü qələbəyə ac hesab edirik.

Çempionlar Liqası kimi önəmli turnirdə növbəti mərhələyə adlamaq bizim üçün uğur sayılardı.

"Sabah" güclü komandadır. Lakin bu rəqibə qarşı meydanda layiqli mübarizə aparmaq istəyirik".

O, Bakını çox bəyəndiklərini bildirib:

"Ölkənizi çox bəyənirik. Təəssüf ki, çox qalmağa vaxtımız yoxdur. Hotellərdə yaradılan şərait və qonaqpərvərlik müsbət mənada diqqətimizi çəkdi".

"Sabah" və "KuPS" arasında ilk matç iyulun 21-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti