Finlərlə oyundan əvvəl “Sabah”ın düşərgəsi - FOTOLAR

21 İyul 08:20 Sabah 515
Finlərlə oyundan əvvəl “Sabah”ın düşərgəsi - FOTOLAR

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah” Finlandiyadan “KuPS”i ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, ilk görüş iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da başlayacaq.

Cavab görüşü bir həftə sonra olacaq.

Bu gün paytaxt klubu "KuPS"la oyundan əvvəl son məşqinə çıxıb.

“Sabah” qalib gələrsə, üçüncü mərhələdə Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

“Sabah” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “KuPS”a məğlub olacağı halda, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə