"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi

00:50 Sabah 510
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi

KuPS-un baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, finlandiyalı mütəxəssis Azərbaycan təmsilçisini cütün favoriti hesab etdiyini deyib.

"Burada olduğumuz üçün şadıq. Rəqibi ətraflı analiz etmişik.

"Sabah"ın Uelsin TNS klubuna qarşı keçirdiyi hər iki oyuna baxmışıq.

Bizi çətin qarşılaşmalar gözləyir. Rəqibin ustalıq səviyyəsi yüksək olan futbolçuları var.

Topa yaxşı nəzarət edirlər. Bizim üçün asan olmayacaq.

Açığını desəm, "Sabah" bu cütün favoritidir. Hazırda bütün fikrimiz sabahkı oyundadır".

"Sabah" - KuPS oyunu iyulun 21-də saat 20:00-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!