Finlandiya klubu bu qədər adam üçün “Sabah”a müraciət etdi

20 İyul 20:00 Sabah 445
Finlandiya klubu bu qədər adam üçün “Sabah”a müraciət etdi

Çempionlar Liqasında mübarizə aparan “Sabah” növbəti oyuna çıxacaq.

Avropanın bir nömrəli klub turnirinin 2-ci təsnifat mərhələsindəki rəqibin adı KuPS-dur.

İlk oyunun Bakıda baş tutacağından xəbərdarsınız. Finalndiya çempionunun paytaxtımıza iyulun 19-da təşrif buyuracağını da məlumat vermişdik.

KuPS-la bağlı növbəti xəbər azarkeşlərlə bağlıdır,

Skandinaviya təmsilçisi Masazırda dəstəksiz qalmayacaq.

Belə ki, Finlandiya klubunun rəsmiləri “Sabah”a etdiyi müraciətdə qonaq fanatlar üçün təxminən 30 nəfərlik yer istəyib. Sayın bir qədər artıq olmaq ehtimalı mümkündür.

Əvəzində, Finlandiyada fəaliyyət göstərən həmkarlarımızdan heç kim akkreditasiyadan keçməyib.

İyulun 21-də “Bank Respublika Arena”da gerçəkləşəcək duel Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Cavab qarşılaşması bir həftədən sonra Kuopio şəhərindəki “Vare Arena”da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!