Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılır.
Sportinfo.az xəbər verir ki, püşkdə Çempionlar Liqasının 2-ci mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub.
Cütün məğlubu “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) məğlubu olub.
"Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubu 3-cü mərhələdə ilk oyunu evdə keçirəcək.
AL-də üçüncü mərhələnin ilk matçları avqustun 6-na, cavab görüşləri avqustun 13-nə təyin olunub.

