Bombardir açıq danışdı - Çempionlar Liqasında nə işləri var?

20 İyul 18:00 Sabah 777
Bombardir açıq danışdı - Çempionlar Liqasında nə işləri var?

"Sabah" Çempionlar Liqasına uğurlu start verdi.

"Bayquşlar" hər iki göörüşdə Uels çempionu TNS-i məğlub etməklə (2:1, 2:0) ikinci təsnifat mərhələsinə vəsiqə qazandı.

Son Azərbaycan çempionunun buradakı rəqibi isə KUPS olacaq.

Sportinfo.az-a açıqlama verən "bayquşlar"ın hücumçusu Coy-Lens Mikels Finlandiya təmsilçisi ilə qarşılaşmalardan gözləntilərini bölüşüb:

"ÇL-də asan rəqib olmur. KuPS-un yaxşı və rəqabətə davamlı komanda olduğunu bilirik.

Onlar "Vardar"la keçirdikləri hər iki oyunda yaxşı oyun göstərərək növbəti mərhələyə vəsiqə qazandılar.

Əlbəttə, rəqibə hörmətlə yanaşırıq, amma eyni zamanda öz keyfiyyətimizə də inanırıq.

Onları təhlil edəcək, oyuna ən yaxşı şəkildə hazırlaşacağıq.

Məqsədimiz bəllidir – Çempionlar Liqasında yolumuza davam etmək istəyirik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!