Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
Sportinfo.az xəbər verir ki, "Sabah"ın da potensial rəqibinin adına aydınlıq gələcək.
Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Sabah” Finlandiyadan KuPS ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq. Bu cütün 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri isə aşağıdakılardır:
"Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Tun" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"İberiya"(Gürcüstan) - "Slovan"(Slovakiya)
"Aarhus" (Danimarka) - "Lex" (Polşa)
"Egnatiya" (Albaniya) - "Çelye" (Soveniya)
"Omoniya (Kipr) - "Kayrat" (Qazaxıstan)

