"Bu transfer barədə onunla danışdım, görək necə olacaq”

26 Yanvar 23:45 Sabah 968
"Bu transfer barədə onunla danışdım, görək necə olacaq”

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov Stas Pokatilovun “Sabah”a keçidinə münasibət bildirib.

Sportinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis bu haqda Masazır təmsilçisinin çalışdırıcısı Vasili Berezutski ilə danışdıqlarını söyləyib:

"Bu transfer barədə Vasili Berezutski ilə danışdım. Stasın bu çağırışı qəbul etməsi təqdirəlayiqdir.

Lakin digər tərəfdən, o, komandaya tez qoşulmalıdır. Çünki onların bir neçə gündən sonra oyunları var. Görək bu məsələ onda necə alınacaq”.

Stas Pokatilov Qazaxıstan millisinin qapıçısıdır. O, bu qış komandaya cəlb edilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"