"Sabah" heyətinə yeni əcnəbi futbolçu qatıb.
Söhbət nigeriyalı legioner Stefen Endedən gedir.
18 yaşlı əcnəbi yarımmüdafiəçi mövqeyində çıxış edir.
Masazır klubu afrikalını perspektivli oyunçu kimi komandaya cəlb edib.
Gənc futbolçu U-19 və əvəzedici komandalarda çıxış edəcək.
Onunla uzunmüddətli müqavilə imzalanıb.
Əgər ümidləri doğruldarsa, gələcəkdə əsas komandaya cəlb ediləcək.
XANOĞLAN/ SPORTİNFO.AZ