Liderlə oyunda “Sabah”da 2 itki, 1-i sual altındadır

15 Sentyabr 2024 16:05 Sabah 898
Liderlə oyunda “Sabah”da 2 itki, 1-i sual altındadır

“Sabah” “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq.

İki futbolçunun liderlə qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqdir.

Bunlar Vinsent Till və Ayaz Quliyevdir. Zədəli futbolçular hazırda bərpa dövrünü keçir.

Kahim Parrisin meydana çıxıb-çıxmayacağı isə sual altındadır. Məşqlərə start verən vingerin son durumu oyun günü bilinəcək.

Sentyabrın 15-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Turan Tovuz” qarşılaşması saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı