"Sabah"ın forvardı Pavel Safronka Sportinfo.az açıqlama verib.
Slovakiyalı legioner ilk olaraq Premyer Liqanın 4-cü turunda "Sumqayıt"ı məğlub etdikləri matç haqqında danışıb:
"Biz oyuna böyük enerji ilə başladıq. İlk hissədə hesabda geri düşsək də, təslim olmadıq.
Əsl komanda ruhu nümayiş etdirərək, oyunu dəyişə bildik. Bunun da nəticəsində bizə lazım olan 3 xalı qazanmağı bacardıq".
30 yaşlı hücumçu qarşılaşmada vurduğu qolla həm də Premyer Liqadakı qol hesabını açdı. O, baxımlı alınan dəqiq zərbəsi barədə də söz açıb:
"Vurduğum qolu baxımlı olaraq dəyərləndirdiyinizə görə təşəkkür edirəm. Qol vurmaq həmişə xoşdur.
Buna görə şadam. Lakin ən əsas olan komandamın 3 xal qazanmasına yardım etməyimdir".
XANOĞLAN