COP29

“Sabah”ın yeni transferi onun əlindən “qan ağlayır”

14 Avqust 21:00 Sabah 1 681
“Sabah”ın yeni transferi onun əlindən “qan ağlayır”

“Sabah” – “Sent Patriks” görüşündə iş başında olacaq hakimlərin adına aydınlıq gəlib.

Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda yaşananlara Marsel Birsan nəzarət edəcək. Yan xətlərdə ona Radu Ginqulyak və Adrian Varniçu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Antoni yerinə yetirəcək.

Ölkəsində sayılıb-seçilən referilərdən olan 42 yaşlı Marsel 2012-ci ildən yüksək liqanın oyunlarına təyinat alır. 2014-cı ildə isə beynəlxalq dərəcəli hakim statusuna yiyələnib.

O, bu müddətdə avrokubok görüşlərinə 49 dəfə təyinat alsa da, bunların 8-də baş hakim kimi iş başında olub. Digər hallarda dördüncü hakim kimi görünüb.

Klublarımızla yolu bir dəfə kəsişib. 2016-cı ildə “Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Serbiyada “Çukariçki” ilə qarşılaşanda, Birsan dördüncü hakim qismində meydanın kənarında dayanıb.

Milli komandalar səviyyəsində bütün yığmaların oyunlarına təyinat alsa da, Azərbaycan seçmələri ilə yolu bir dəfə də kəsişməyib.

Bu hakimlə bağlı maraqlı məqam “Sabah”ın heyətindəki futbolçulardan birinin onu yaxından tanımasıdır.

Pavol Şafranko ötən mövsüm Rumıniya çempionatında mübarizə aparan “Sepsi”nin şərəfini qoruyanda, apreldə komandasının “ÇFR Kluj”la oyununu məhz Marsel idarə edib.

Hesabı 6-cı dəqiqədə meydan sahibi “ÇFR Kluj” açsa da, “Qəbələ”dən xatırladığımız İsnik Alimi 20-ci dəqiqədə penalti qolu ilə hesaba tarazlıq gətirib.

Baş hakim öncə 21-ci, ardınca 45-ci dəqiqədə “Sepsi”nin iki oyunçusunu meydandan qovub. Əsas vaxta əlavə olunmuş dəqiqədə qələbbə topunu vuran “ÇFR Kluj” Şafranko ilə Aliminin “Sepsi”sini udub.

Avqustun 15-də keçiriləcək “Sabah” – “Sent Patriks” dueli saat 20:00-da başlayacaq.

Səfərdə baş tutan ilk qarşılaşmada irlandlar 1:0 hesabı ilə qələbə qazanmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti