"Mən onlardan narazıyam, özümə söz vermişəm ki…"

3 Dekabr 2023 17:35 Sabah 1 202
"Mən onlardan narazıyam, özümə söz vermişəm ki…"

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turunun oyunundan sonra keçirilən mətbuat konfransında danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini şərh edib:

“Çox vacib qələbə qazandıq. Oyun bizim üçün çətin alındı. İki qol vurduqdan sonra üçüncü qolu vura bilmədik. Əsas olan qələbədir. Qarşıda çox önəmli görüşlər var. Həmin matçlara hazırlaşacağıq”

- "Sabah" heç vaxt Tovuzda məğlub olmayıb. Amma oyun olaraq komanda o qədər də yaxşı görünmürdü. Burada qələbə qazanmağın düsturu budur ki, yaxşı oynamasaz da, qalib gələsiz?

- Tovuza gələrkən, özümüzdən çox da yaxşı yaxşı oyun gözləmirik. Vacib olan qələbə qazanmaqdır. Burada oynamaq çox çətindir. Süni örtükdə oynamaq çətindir. "Qarabağ" da burada parlaq oyun göstərməyib. Çünki rəqib arxaya oturur. "Kəpəz" hücum futbol oynayandır, rəqibə də hücum etməyə imkan verir. “Turan Tovuz” son dəfə burada bizimlə hücuma yönəlik futbol oynamışdır. Çətindir. Ən önəmlisi bu meydandaça qələbə qazanmaqdır.

- Bu gün yenə sarı vərəqə aldınız. Hakimlər, yoxsa Murad Musayev geriyə addım atacaq?

- İki ildir buradayam. Hakimlikdən heç də məmnun deyiləm. "Qarabağ"la oyunda Aleksey İsayevin ayağını əzirlər, heç bir qayda pozuntusu qeydə alınmır. Marko Yankoviç Namik Ələskərova qarşı kobud oynayır, ama heç televizorda da göstərmirlər. Maruan Hadudinin əlinə dəyən topu isə tez gördülər. “Zirə” ilə oyunu deyim, Namiki üzündən vururlar, heç nə yoxdur. Emmanuel Apehə iki sarı vərəqə göstərdilər və meydandan qovdular. Bu, mənim işimdir. Mən işimlə yaşayıram. Futbol balet deyil. Hər toxunuşda foulu verirlər. Avropada belə deyil. Bu hakimlik dəyişsə, mən sarı vərəqə görmərəm. Böyük zəhmətlə özünüzə ev alırsız və kimsə əlinizdən alır. Hakimlər qələbəmizi əlimizdən alırlar. Avropada 35 oyunum olub, cəm bir dəfə sarı vərəqə görmüşəm. Hazırda hakimkər çox müdafiə olunur. Amma məşqçilərə dərhal cəza verirlər. Hamınız deyirsiz ki, Murad Musayevə sarı vərəqə göstərirlər. Hakimlik dəyişsə, bir sarı da almayacam. İki il ərzində bizə qarşı nə qədər səhv etdikləri ilə bağlı, bir kaset var. Hakimlikdən narazıyam və bu da dəyişmir. Burada adicə toxunuş olur, cərimə zərbəsi təyin edirlər. Avropada bu epizodlara hakim heç nə verməyəcək, amma biz yerdə qalacağıq. Çünki bizi Azərbaycanda belə öyrədiblər. Avropada isə belə şeyə heç nə vermirlər. Hakimlər eyni şeyi davam edirlər. Bu gün də bərbad hakimlik oldu. Rusiyada cəmi üç qırmızı vərəqəm olub. Özümə söz vermişəm ki, burada olanlara reaksiya verməyəcəm. Amma mümkün deyil. Onlara bir söz də demək olmaz. Hakim səhv edirsə, məni cəzalandırırlar.

- Ötən mövsüm bitəndən sonra əsas oyunçular komandadan getdi. Yeni futbolçuların uyğunlaşması isə çətin keçdi. Artıq komandanın çətin dönəmi arxada qoyduğunu düşünmək olar?

- Qarşıda çox oyunlar var. Cessi Sekidika daha yaxşı adaptasiya olub. İki mərkəz müdafiəçimiz yeni gəlib. Turnir cədvəlinə baxmaq istəmirəm. Son oyunlarda qələbələr bizə inam verir. Bu, oyunumuza təsir edə bilər. Futbolçular yaxşı məşq edirlər. Mənim üçün əsas oyun keyfiyyətidir. Bu olduqda nəticələr də gələcək. Ötən mövsümkü “Sabah”ı yaxınlarda görəcəksiz.

- Bir ay əvvəl Hakimlər Komitəsinin sədri ilə görüşünüz oldu. Barış Şimşəkə birbaşa öz iradlarınızı bildirdiz?

- Görüşdüyümüzü siz haradan bilirsiniz? Barış Şimşək güclü mütəxəssisdir, işinin peşəkarıdır. Çempionlar Liqası, final oyunlarında da işləyib. Onun üçün də yenilikləri öyrətmək çətindir.

Digər Xəbərlər
Xəbər Lenti