
“Bəziləri son turlarda qalib gələ bilməməyimizi “Partizan”la matçın yorğunluğu ilə dəyərləndirə bilər, lakin məncə, bəhanəyə ehtiyac yoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yeni müdafiəçisi Sofian Çakla deyib.
Masazır klubu Premyer Liqanın son 3 turunda müsbət nəticəyə həsrət qalıb. “Neftçi” ilə heç-heçənin (1:1) ardınca “Zirə“ və “Turan Tovuz”a uduzublar.
Mərakeşli legioner ardıcıl xal itkilərinə Konfrans Liqasında “Partizan”a məğlubiyyətin təsirini yaxın buraxmayıb:
“Biz fürsətlərimizi dəyərləndirə bilmirik, rəqiblər isə əldə etdiyi imkanlardan yararlanır. Keçmiş barədə düşünməməliyik.
Artıq “Partizan” və Premyer Liqanın ilk həftələri geridə qalıb. İndi yalnız qarşıdakı oyunlarımıza köklənməliyik”.
29 yaşlı ərəb yeni komandası ilə 2 illik müqavilə bağlayıb.
Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib.
O, Mərakeş millisində 4 oyun keçirib.