Azərbaycana gələn braziliyalı hücumçu geri qayıtmaq istəmir

19 May 2022 09:00 Sabah 930
Azərbaycana gələn braziliyalı hücumçu geri qayıtmaq istəmir

"Sabah"da icarə əsasında çıxış edən braziliyalı Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukrayna "Vorskla"sına qayıtmaq istəmir.

Sportinfo.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlama verib.

Cari mövsümün sonunda Bakı klubu ilə sözləşməsi başa çatacaq forvard hələlik gələcəyi ilə bağlı qərar vermədiyini bildirib:

"Ukraynada oynamış həmkarlarımla çox danışıram və açığı, heç kim ora dönmək niyyətində deyil.

Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda özümü Avropadan kənarda görmürəm".

Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkəni tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada