"Bunun "Neftçi" ilə oyuna heç bir təsiri olmayacaq" - "Sabah"dan

18 Noyabr 2021 23:40 Sabah 614
"Bunun "Neftçi" ilə oyuna heç bir təsiri olmayacaq" - "Sabah"dan

"Meydana qələbə üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağıq, oyundan sonra bəlli olacaq".

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşacaqları "Neftçi" ilə matç haqqında danışan "Sabah"ın üzvü Aleksey İsayev deyib.

Ötən tur "Zirə" ilə qarşılaşmada "Sabah" 3-1 hesabı ilə önə çıxsa da, sonda üstünlüyü əldən verərək 1 xala razılaşmalı olmuşdu.

Görəsən, 3 xalın belə əldən çıxması son çempionla oyun öncəsi ab-havaya mənfi təsiri ola bilərmi?

İsayevi dinləyək: "Heç bir təsiri olmayacaq. Bu ikisi tam fərqli matçlardı. Əvvəlki oyunumuzu təhlil edib, qarşıdakı görüşə hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, meydandan müsbət nəticə ilə ayrılaq".

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!