"Əsas odur ki, tilsimi qırdıq" - Elvin Camalov "Sabah"dan söylədi

27 Oktyabr 2021 19:40 Sabah 1 024
"Əsas odur ki, tilsimi qırdıq" - Elvin Camalov "Sabah"dan söylədi

Mövsümə uğursuz başlayan "Sabah" , nəhayət, ilk qələbəsini 8-ci turda qazandı.

Belə ki, "Sumqayıt"ı qəbul edən masazır təmsilçisi ilk 3 xalını inamlı qələbə (3-0) ilə əldə etdi.

Komandanın təcrübəli simalarından olan Elvin Camalov qazanılan qələbə ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Qələbə qazanmaq həmişə xoşdu. Lakin təəssüf ki, bu qələbə bir qədər gec gəldi. İlk 7 turda qalib gələ biləcəyimiz, qələbəyə layiq oyun sərgilədiyimiz bir neçə oyun olmuşdu.

Lakin yalnız 8-ci turda qələbə qazana bildik. Bu, futboldur Bəzən yaxşı oyun sərgiləmək də kifayət etmir.

Əsas odur ki, mənfi tilsimi qırdıq. İndi keçmişi unudub, qarşıdakı oyunlarımıza köklənməliyik".

Bəli, "Sabah" ilk qələbəsini gec də olsa qazana bildi. İndi əsas sual budur ki, görəsən, bunun davamını gətirmək mümkün olacaqmı?

Camalovu dinləyək: "Növbəti oyunlara motivasiya və komandada özünəinam hissinin artması baxımından bu qələbə tam yerinə düşdü.

Ümid edirəm ki, qazanılan 3 xal gələcək qələbələrin başlanğıcı olar".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"