Deyir, get, ay gözəl, sən mənə lazım deyilsən - VİDEO

13 Sentyabr 2021 09:40 Sabah 1 269
Deyir, get, ay gözəl, sən mənə lazım deyilsən - VİDEO

Öncə «Səbail». Ardınca «Sumqayıt». Daha sonra «Qəbələ».

Bunlar «Sabah»ın yeni mövsüm gündəliyidir. Və bu gündəlikdə rəqəm xanasıına «0» yazılıb.

Ramin Quliyev hər üç oyundan sonra həmkarlarına tərəf addımlayıb və onları qələbə münasibətilə təbrik edib.

Növbəti turda rəqib «Zirə»dir və nə olacaq, nə olmayacaq, Bakının ən ucqar nöqtəsində görəcək və biləcəyik.

Hələlik gördüyümüz və bildiyimiz odur ki, Quliyev perspektivinə bəslənilən ümidlərin üstündən xətt çəkir. Bundan yaxşı klub? Bundan sanballı heyət?

Azərbaycanda nə qədər işləyən və işləməyən məşqçi var, aralarında sorğu keçirsən, mütləq əksəriyyəti «Sabah»da çalışmağı arzuladığını etiraf edər.

Qaça-qaça, oynaya-oynaya gələrlər.

Masazırdan bir səlahiyyətli çıxıb onlara tərəf əl yelləsə, o texniki zonada əyləşmək üçün marafon yarışmasına onlarla mütəxəssis qatılar.

Ramin Quliyevin başına xoşbəxtlik quşu qonub, di gəl, onu zorla özündən uzaqlaşdırmaq istəyir. Deyir, get ay gözəl, sən mənə lazım deyilsən.

Ruhsuz, ümid verməyən futbolu bizə bunu deyir ancaq. Bu yaşda özünü göstərmək üçün əlinə belə bir imkan düşüb, bəh…

Legioner seçimlərinin çoxunda səhvi görünür. Taktiki cəhətdən də səhvləri o qədərdir ki…

Cinah müdafiəçilərinin irəli çııxmasına icazə verməyən, irəlidə çoxalmağın yolunu tapa bilməyən Quliyev, həqiqətənmi məşqçi olaraq ötən illərdə heç nə öyrənməyib?

Məsələn, Roman Qriqorçukdan nəsə görüb-götürməyib?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti