“Neftçi”ni "Sabah"a dəyişən Səlahət: "Bu, mənim üçün yeni çağırışdır"

14 İyun 17:20 Sabah 435
“Neftçi”ni "Sabah"a dəyişən Səlahət: "Bu, mənim üçün yeni çağırışdır"

"Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın yeni transferi Səlahət Ağayev klubun rəsmi saytına açıqlamasında keçidi barədə danışarkən deyib.

30 yaşlı qapıçı bildirib ki, bu komanda yeni yaranmasına baxmayaraq, ölkənin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb:

"Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardı. Seçimimdə bu faktorun rolu daha böyük oldu".

Ağayevin sözlərinə görə, hansı komandada oynamağından asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışıb:

"Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

"Sabah" son klubu "Neftçi" olan Səlahət Ağayevlə 1 illik müqavilə bağlayıb.

Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"