"Sabah"la tarix yazmaq üçün buradayam"

13 Aprel 2021 13:00 Sabah 930
"Sabah"la tarix yazmaq üçün buradayam"

“Sabah”ın icarə əsasında komandada çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnməsini xəbər vermişdik.

Onun keçidi ilə bağlı Finlandiyadan “İlves” ilə razılığa gələn Masazır təmsilçisi,dünən 21 yaşlı hücumçu ilə 3 illik yeni müqavilə imzaladığını açıqladı.

Fil Dişi Sahilindən olan forvard "Sabah"la bağladığı yeni müqavilə ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Klubla yeni müqavilə bağladığıma görə çox şadam. Burda özümü xoşbəxt hiss edirəm. Əlimdən gələni edəcəm ki, mənə olan ümidləri doğruldum.

Klub üçün tarix yazmaq üçün burdayam. İndi yalnız qarşıdakı oyunlarımız barədə düşünürəm.

Komanda daxilində gözəl ab-hava var. Bir-birimizə dəstək oluruq. Ümid edirəm tezliklə müsbət nəticələr qazanacağıq".

Bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüş Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti