AFFA-nın təşkilatçılığı ilə ənənə halını alan Azərbaycan Region Liqasında yeni mövsümün startı gecikir.
Əvvəlki mövsümlər turnirin püşkatması oktyabrın ilk ongünlüyündə artıq keçirilirdi.
Çempionat da elə həmin ərəfələrdə başlayırdı.
Federasiydan aldığımız məlumata görə, gecikmə ölkəmizdə keçiriləcək COP29-la bağlıdır.
Beynəlxalq konfrans noyabrın 11-dən 22-dək paytaxt Bakıda baş tutacaq.
Belədə federasiya rəsmiləri qərara gəliblər ki, Region Liqasında yeni mövsüm məhz adıçəkilən tədbir başa çatandan sonra start götürsün.
Bu isə o deməkdir ki, bölgə azarkeşlərinin böyük maraqla gözlədiyi yarış ən yaxşı halda növbəti ayın sonu start götürəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ