Qarabağda erməniərə qarşı döyüşdü, yeni komandanın baş məşqçisi oldu

23 Avqust 2023 09:40 Region Liqası 2 374
Qarabağda erməniərə qarşı döyüşdü, yeni komandanın baş məşqçisi oldu

II Qarabağ müharibəsinin iştirakçısı Azərbaycanda yeni yaradılan komandanın baş məşqçisi olub.

Vətən savaşında ermənilərə qarşı döyüşmüş İzzət Süleymanlı «Hacıqabul»un sükanı arxasına keçib.

Hacıqabulda ilk dəfə formalaşdırılan komanda artıq ölkə üzrə yarışmada qüvvəsini sınayacaq.

Belə ki, debütant AFFA-nın bayrağı altında keçirilən Region Liqasında mübarizə aparacaq.

Klub elə İzzət Süleymanlının təşəbbüsü ilə ərsəyə gətirilib. Hacıqabullular ev oyunlarını Şirvan Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

«Hacıqabul»dan Sportinfo.az-a verilən açıqlamada deyilir:

«Məqsədimiz öncə gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, sağlam həyat tərzi, cəmiyyətimizə yararlı insanlar yetişdirməkdir.

Daha sonra isə Hacıqabul-Şirvan-Qobustan-Ələt-Salyan zonasında bir klubun formalaşmasıdır ki, bu zonada istedadlı oyunçular axtarıb üzə çıxaraq.

Bundan sonrakı mərhələlərdə və illərdə isə peşəkar klub kimi addımlar atmağı düşünürük».

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!