Azərbaycanda dağılan klubla bağlı YENİ AÇIQLAMA

18 İyun 23:40 Region Liqası 12 251
Azərbaycanda dağılan klubla bağlı YENİ AÇIQLAMA

Azərbaycanda daha bir komanda fəaliyyətini dayandırıb.

Region Liqasının son mövsümünün finalçısı olan «Çinar» futbol səhnəsindən çəkilib.

Bu barədə baş məşqçi Anar Zahidoğlu məlumat verib. O, məlum addıma səbəbkar kimi AFFA-nı göstərib.

Bildirib ki, federasiya onların yeni yaradılan II Divizionda iştirakla bağlı müraciətini geri çevirib.

Mütəxəssis deyib ki, qurum komandalar arasında ayrı-seçkilik salıb, «Çinar»ın son illərdəki çıxışına qiymət verməyib.

A.Zahidoğlu qeyd edib ki, Zəngilan təmsilçisi böyük proyekt olmasa, heç bir liqada yarışmayacaqlar.

Gənc çalışdırıcının iddiaları ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) soğru ünvanladıq.

PFL-in media və marketinq direktoru Sənan Abdullayev saytımıza açıqlamsında bunları dedi:

“Çinar-Zəngilan” müraciət edən klublar arasında idi. İlkin müraciətə baxıldı. Yekunda bütün klublar kimi "Çinar-Zəngilan"ın da sənədləri müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olundu.

Müraciət edən komanda sayı çox idi. Belədə hansısa komandaların kənarda qalacağı gözlənilən idi.

Məsələyə İcraiyyə Komitəsi tərəfindən baxıldı. Durumu minimal tələblərə cavab verənlərə iştirak imkanı yaradıldı”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."