Region Liqasında yeni çempion!

4 İyun 18:35 Region Liqası 1 405
Region Liqasında yeni çempion!

Region Liqasında 2022/2023-cü illər mövsümünə bu gün yekun vurulub. “Qusar” və “Çinar” Tovuzda təşkil olunan final qarşılaşmasında üz-üzə gəlib.

Şimal təmsilçisi 2:0 hesabı ilə Zəngilan komandasına qalib gələrək, ilk dəfə bu titula yiyələnib.

“Qusar” hər iki qolu penalti zərbəsindən vurub.

Ilk hissədə Qeybulla Qacayev, fasilədən sonra Sərxan Ağayev rəqib qapıçısını məyus edib. “Çinar” isə oxşar imkanı qaçırıb.

Bu matçda ilk dəfə VAR sistemi tətbiq edilib. Görüşün baş hakimi Fərid Hacıyev olub.

Ona Müslüm Əliyev, Zöhrab Abbasov, Emin Əliyev yardım edib. VAR hakimləri funksiyasını isə Rəşad Əhmədovla Eyyub İbrahimov yerinə yetirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu